Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Omikron'' tezliklə Avropada dominant ştama çevriləcək - ÜST

''Omikron'' tezliklə Avropada dominant ştama çevriləcək - ÜST

Tarix: 22 Dekabr 2021 09:32

Koronavirusun "omikron" ştamı yaxın həftələrdə bir çox Avropa ölkələrində dominant olacaq.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.

"Biz daha bir fırtınanın yaxınlaşdığını görürük. Bir neçə həftə ərzində "omikron" Avropanın bir çox ölkələrində dominant olacaq və səhiyyə sistemlərini uçurumun astanasına yaxınlaşdıracaq", - Klüge bildirib.

ÜST rəsmisi əlavə edib ki, "omikron" Avropada 53 ölkədən 38-də müəyyən edilib. Ştam Böyük Britaniya, Danimarka və Portuqaliyada üstünlük təşkil edir.

Qeyd edək ki, son bir həftə ərzində Avropada 2,6 milyon yoluxma halı aşkarlanıb. Bu isə əvvəlki həftə ilə müqayisədə 40% çoxdur.

"Omikron" ştamının simptomları öskürək, boğaz ağrısı və qızdırma ilə müşayiət olunur. Bu ştam ən çox 20-30 yaşlı insanlarda aşkarlanıb.


Etiketlər:  Omikron tezliklə Avropada dominant ştama çevriləcək ÜST


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ