Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 16:02
Kipr "Omoniya"sının futbolçusu Xordi Qomes UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"a uzaq məsafədən vurduğu qol haqqında danışıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında bu cür zərbələr üçün məşq etmədiyini bildirib.
İspaniyalı oyunçu qarşılaşmalar vaxtı imkan yarandıqda bəxtini sınadığını söyləyib: "Məşqlərdə bunun üzəridə çalışmıram. Daim meydanın mərkəzindən belə zərbələr vurmaq üçün səbəb görmürəm. Qolkiperlərin çoxu qapıdan uzaqlaşır. Hərdən bunun fərqinə varıram, amma bütün diqqətim bu nüansda olmur. Bu gün hansısa məsafədən qol vuracağam fikri ilə meydana çıxmıram. Avropa Liqasında Niderlandın PSV komandası ilə görüşdə qolkiperin irəlidə olduğunu görməyə vaxt tapdım. "Qarabağ"la qarşılaşmada isə yarım saniyəyə qərar verməli idim".
Qomes Azərbaycan təmsilçisi ilə matçın sonlarında 1:2 hesabı ilə geridə olduqlarını xatırladıb: "Azlıqda qaldığımız üçün yarımmüdafiəni güclə keçirdik. Andronikos Kakullisdən ötürmə aldım. Bu zaman topu buludlara göndərsəm, komanda yoldaşlarımın mənə nə deyəcəyini düşünmədim. Bir şeyi sınamaqdan qorxma".
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.