Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 07:28
Bak: Trend:
ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster "Dorian" qasırğasının yaxınlaşması səbəbindən sahil sakinlərinin məcburi təxliyə edilməsinə dair sərəncam verib.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.
Ştat başçısının sözlərinə görə, təxliyə bazar ertəsi günortadan sonra başlayacaq. Qeyd edilir ki, bu əmr təxminən 1 milyon insanı əhatə edəcək.
Təbii fəlakətin yaxınlaşması səbəbindən Florida, Corciya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin