Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

39 yaşında Braziliya yığmasına çağırıldı

39 yaşında Braziliya yığmasına çağırıldı

Tarix: 14 Yanvar 2022 20:14

"Barselona"nın futbolçusu Dani Alves yenidən Braziliya yığmasına çağırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Tite təcrübəli futbolçunu qarşıdakı görüşlər üçün heyətə daxil edib.

Daninin yer aldığı yığma yanvarın 28-də Ekvador, fevralın 1-də Paraqvayla üz-üzə gələcək. Zədəli Neymar və ötən ilin sentyabrında millinin düşərgəsini qalmaqalla tərk edən Klaudinyo isə kənarda qalıb.

Qeyd edək ki, milli karyerasını 2019-cu ildə başa vuran Dani ötən ilin sentyabrında yığmaya qayıdaraq Peru ilə görüşdə (2:0) iştirak edib.

Milli.Az


Etiketlər:  39 yaşında Braziliya yığmasına çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ