Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki böyrək xəstələrində ölüm və əlil qalma riski nə qədərdir?

Xroniki böyrək xəstələrində ölüm və əlil qalma riski nə qədərdir?

Tarix: 15 Yanvar 2022 22:06

Xroniki böyrək xəstələrində ölüm və əlil qalma riski sağlam insanlarla müqayisədə 30% çoxdur.
 
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, bunu nefroloq Barat Yusubov deyib.
 
Həkimin sözlərinə görə, bu ciddi xəstəliyin ağırlaşmalarının qarşısını almaq üçün müalicədən əvvəl qabaqlayıcı tədbirlərin (profilaktikanın) rolu böyükdür:
 
"İnfeksiya, qanaxma, səhv dərman müalicəsi, hətta tez-tez ağrıkəsici qəbulu, siqaret və spritli içki qəbulu ilə böyrəklərdə funksional pozulma yarana bilər".
 
B.Yusubov onu da əlavə edib ki, xüsusilə şəkər, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və piylənmə problemi olanlar, yaşlı insanlar və ailəsində böyrək xəstəliyi olanlar risk altında sayılır. Risk daşıyan insanlar böyrək xəstəliklərinin qarşısını almaq üçün mütəmadi olaraq müayinə olunmalıdırlar.


Etiketlər:  Xroniki böyrək xəstələrində ölüm əlil qalma riski qədərdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ