Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda uşaqlar arasının yayılan İNFLUENZA virusunun əlamətləri

Azərbaycanda uşaqlar arasının yayılan İNFLUENZA  virusunun əlamətləri

Tarix: 16 Yanvar 2022 22:45

Bu il Azərbaycanda azyaşlı uşaqları kütləvi yoluxduran və kovidə bənzər simptomlarla keçən ağır qrip virusunun İnfluenza olduğu bildirildi.

Bu virus daha çox payız və qışın sonu aktivləşir. Olduqca yoluxucu, ani olaraq burun-ağız yolları ilə yayılan xəstəlikdir.
Medicina.az influenza qripi barədə ətraflı məlumatı təqdim edir.

Bu qrip ştammı daha çox Şimal yarımkürəsinə düşən hər ölkədə rast gəlinən növdür. Mövsümi infeksion xəstəliklər siyahısına aiddir.
Bu virusun çox sayda alt tipləri, növləri var.

İllərdir cəmiyyətdə olan bu virus ildən-ilə dəyişir, fərqli əlamətlərlə insanları xəstələndirir.

ÜST tövsiyəsinə görə, bu xəstəliklərin profilaktikasında ən önəmli vasitə hər il qrip peyvəndi olunmaqdır.

Çünki hər il 3 və ya 4 alt tip İnfluenza bu vaksinə daxil edilir.

İnfluenza daha çox A və B alt tipləri ilə rast gəlinir.Peyvəndlər içərisində hər iki tipə qarşı tərkib var.

A və B tipində şikayətlər, simptomlar eynidir, azca fərqlənir.

İnfluenza bir xəstənin qapalı məkanda danışması, öskürməsi və asqırması ilə ətrafa yayılır və orda olan hər kəsi yoluxdurur. Yoluxmaq üçün 1 metr məsafədə dayanmaq yetərlidir.

Eləcə də virus su, kirli əllər, xəstə adamın şəxsi əşyaları vasitəsilə də nadir halda keçə bilir.
İnsan xəstə insanla əlbəəl görüşüb sonra əlini gözlərinə apararsa, yoluxma ola bilər.

Uşaqlarda, xroniki xəstələrdə, hamilələrdə İnfluenza ağır keçə bilər. Bu virusla insan xəstəxanaya düşə bilər.
Xəstəlik əlamətləri görünən ilk 48 saatda müalicə başlasa, daha effektiv olar.

Bu qripə yoluxan xəstələr evdə yataq rejimində qalmalı, maska taxmalı, bol maye, su içməli, əllərini isti su sabunla yumalı,
İnfluenza A(H3N2) virusunun əlamətləri qrip kimi başlayır: boğaz qıcıqlanma, burun axma, gözlərin sulanması, bədənin soyuması, istilənməsi, titrətmə, halsızlıq, baş ağrısı, ürəkbulanma, qızdırma, ardıyca bacterial infeksiya qoşularsa bəlğəmli və ya quru öskürək.
Bu virus 1 yaşdan 9 yaşa kimi uşaqları xüsusilə yoluxdurur və 1 həftəyə qədər xəstə edir.

Müalicəni həkim təyin etməlidir, qrip üçün dərmanlardan istifadə edilir. Müalicə elə də fərqlənmir. Lakin qripə aiddiyatı olmayan dərman və sistemləri etməyə ehtiyac yoxdur. Gənc insanlar xəstəliyi daha qısa və asan keçirə bilir.

Milli.Az


Etiketlər:  Azərbaycanda uşaqlar arasının yayılan İNFLUENZA virusunun əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ