Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kürəyiniz ağrıyırsa, Omikron ola bilər

Kürəyiniz ağrıyırsa, Omikron ola bilər

Tarix: 17 Yanvar 2022 23:51

"Bel və ya kürək nahiyəsində ağrı hər hansı bir yoluxucu xəstəliyin əlaməti ola bilər, o cümlədən "Omikron" ştammının".

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın əməkdar həkimi, manual terapevt Andrey Kabıçkin bildirib:

"Bel və ya kürək nahiyəsində ağrı istənilən - viral, bakterial və ya yoluxucu proseslə, əlaqədar baş verə bilər. Onlara mialgiya deyilir".

Kabıçkin qeyd edib ki, bel ağrısının iki yüzdən çox səbəbi ola bilər və yalnız tibbi müayinə düzgün səbəbi təyin edə bilər:

"Düzgün və etibarlı diaqnoz yalnız müayinə olduqda qoyula bilər. Həkim müəyyən simptomların mövcudluğunu qiymətləndirməli, diaqnoz qoymalı və buna əsaslanaraq, adekvat müalicəni təyin etməlidir".

O izah edib ki, 60 yaşdan yuxarı və hər hansı infeksiyaya qarşı immun reaksiyası aşağı olan insanlar risk altındadırlar. /medicina.az

Milli.Az


Etiketlər:  Kürəyiniz ağrıyırsa Omikron ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ