Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 21:15
İnsan fiziki və zehni işlə məşğul olduqca yorğunluq hiss edir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu aradan qaldırmaq üçün fındıq insan orqanizminə çox xeyirlidir. Belə ki, fındıq həm yorğunluğu, həm də cinsi zəifliyi aradan qaldırır.
Eyni zamanda fındığı kəsmik və çörəklə yeyəndə daha sağlam qidaya çevrilir, oynaq ağrılarını və revmatizmi sağaldır.
Fındığın içində çoxlu liflər var. Bu liflər qan şəkərinin nizamlanmasına kömək edir. Bir sözlə fındıq diabet xəstəliyinə tutulma riskini azaldır.
Bağırsaqları yumşaldaraq qəbzliyi aradan götürür.
Xərçəng xəstəliyinə tutulma riskini azaldır.