Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 23:18
Yay mövsümündə insanları ən çox narahat edən problemlərindən biri də tər qoxusudur.
Axşam.az bildirir ki, bəzi məqamlara riayət etməklə tər qoxusunun qarşısını almaq mümkündür.
Həmin üsulları təqdim edirik:
1. Limon suyundan istifadə edərək tər qoxusundan xilas ola bilərsiniz.
2. Soda ilə suyu qarışdırıb məhlul halına salın, daha sonra isə qolaltı nahiyəyə vuraraq bir neçə dəqiqə gözləyib durulayın.
3. Pambıq geyimlər tərləmənin qarşısını alır.
4. Əzvay (Aloe) bitkisini yarpağının içindəki məhlulu qolaltı nahiyəyə gecə yatarkən sürtün. Mütəmadi olaraq istifadə etdikdə tərləmədən xilas ola bilərsiniz.
5. Pis qoxulara səbəb olan bakteriyalardan xilas olmaq üçün alma sirkəsindən istifadə edə bilərsiniz.