Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəqədidə sərnişin avtobusu “KamAZ”a çırpılıb, xəsarət alan var

Binəqədidə sərnişin avtobusu “KamAZ”a çırpılıb, xəsarət alan var

Tarix: 21 Yanvar 2022 09:22

Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


Etiketlər:  Binəqədidə sərnişin avtobusu KamAZa çırpılıb xəsarət alan


RƏYLƏR