Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 11:24
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ötən həftənin son iş günü 62,20 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,17 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin