Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzyiqiniz tez-tez qalxırsa, mütləq bu məhsulları yeyin!

Təzyiqiniz tez-tez qalxırsa, mütləq bu məhsulları yeyin!

Tarix: 22 Yanvar 2022 09:00

Hipertoniyadan əziyyət çəkən insan üçün ən əsas məqsəd təzyiqi eyni səviyyədə saxlamaq, təzyiqin kəskin qalxmasının qarşısını almaqdır.

Hipertoniya zamanı məhz təzyiqin tez-tez və kəskin şəkildə qalxıb-enməsi çox təhlükəlidir və ağır fəsadların inkişafına (insult, infarkt) səbəb ola bilər.

Hipertoniyadan əziyyət çəkən insan təzyiqini normada saxlmaq üçün ona təyin olunmuş preparatları vaxtı-vaxtında qəbul etməli, bədən çəkisini normada saxlamalı, sağlam qidalanmalıdır.

Sağlam qidalanma hipertoniyaya nəzarət prosesində böyük rol oynayır. Bəzi məhsullar var ki, onların müntəzəm istehlakı təzyiqi eyni səviyyədə saxlamağa yardım edir.

Saglamolun.az sizə bu məhsulların siyahısını təqdim edir.

- Bişmiş kartof

Bu sadə məhsul kalium və maqneziumla zəngindir. Məhz kalium və maqnezium təzyiqi normallaşdırmağa kömək edən ən yaxşı maddələr kimi tanınır.

Kartofu qabıqlı şəkildə suda və ya daha yaxşı sobada (yağsız) bişirmək lazımdır.

- Qatıq

Süd məhsulları da təzyiqi normallaşdırmağa kömək edir. Qatıq bu işdə ən yaxşı köməkçidir. Mütəxəssislər hər gün 1 stəkan qatıq yeməyi tövsiyə edir. Bu təzyiqi normada saxlamağa yardım edəcək.

Alimlər sübut edir ki, qatıq və s. süd məhsulları həmçinin hipertoniyanın inkişafı riskini də xeyli azaldır.

- Banan

Banan duzun orqanizmə olan mənfi təsirini azaldır. Bildiyimiz kimi, duz orqanizmdə mayeni saxlayaraq təzyiqin qalxmasına səbəb olur.

Həmçinin kaliumla zəngin olan banan damarların vəziyyətini yaxşılaşdırır, ürəyin sağlamlığını qoruyur.

- Kakao

Flavonoidlərlə zəngin olan kakao damarların sağlamlığına müsbət təsir edir.

- Lobya

Lobya kalium, maqnezium və qidalı liflərlə zəngindir. Bu 3 maddə təzyiqi eyni səviyyədə saxlamağa kömək edir.


Etiketlər:  Təzyiqiniz qalxırsa mütləq məhsulları yeyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ