Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 19:36
El arasında həmişə deyilib ki, yeməkdən sonra tox qarına hamama getmək olmaz. Dədə-babalarımız buna əməl edərdilər. Lakin müasir gənclər üçün bu qaydalara əməl etmək mənasız görünür. Bəs tibbi baxımdan yeməkdən dərhal sonra duş və vanna qəbul etmək zərərlidirmi?
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, orqanizm isti vanna, duş zamanı daxili temperaturu 1-2 dərəcə qalxır. Buna hipertemiya deyilir.
Əslində bu hal çox yaxşıdır, sinir sistemini sakitləşdirir, əzələləri rahatlaşdırır.
Amma insan yemək yedikdən sonra da orqanizmdə daxili hərarət yüksəlir, bu həzm orqanlarına qan axınının və həzm prosesi üçün lazımdır.
Ona görə yeməkdən sonra isti vanna, duş daxili hərarəti daha da yüksəlir, nəticədə ürək yüklənir, ürək yığılmalarının sayı artır, həzm pozulur, insan duş zamanı özünü yaxşı hiss etmir.
Lakin yeməkdən sonra isti havalarda sərin və soyuq duş əksinə faydalı ola bilər, o metobolizmi sürətləndirəcək. Bu zaman mədə-bağırsaq spazmı görülə bilər.
Alimlər bildirir ki, yeməkdən ən azı 20-30 dəqiqə sonra duş almaq olar.