Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omikron insana yeməklə də keçir - İmmunoloq alim

Omikron insana yeməklə də keçir - İmmunoloq alim

Tarix: 31 Yanvar 2022 22:33

Omikron ştammı insana yeməklə də yoluxa bilir.

Sonxeber.net xəbər verir ki, bunu immunoloq Vladimir Bolibok bildirib.

Həkimin sözlərinə görə, yeni Omikronla insan yemək yeyərkən və yeməyin özündən də yoluxa bilər.

Məsələ bundadır ki, Omikron ərzaq, qidaların üzərinə çöküb, orda uzun müddət qalır. Xüsusən dondurulmuş, soyuq qidalar, dast-food yeməyi, içkilər, meyvələr və s.

"Çin mütəmadi olaraq ölkəyə daxil olan ərzaq məhsullarını kovidə görə yoxlayır. Onların hesabatlarında virusun qida üzərində hətta 2-3 gün qalması barədə məqamlar var. Ona görə hökumət bütün qida məhsullarının tam dezinfeksiyasını həyata keçirib sonra buraxır", - deyə immunoloq açıqlayıb. /medicina.az


Etiketlər:  Omikron insana yeməklə keçir İmmunoloq alim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ