Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Arman Dikiy” təcridxanadan yoxa çıxıb

“Arman Dikiy” təcridxanadan yoxa çıxıb

Tarix: 2 Fevral 2022 12:04

Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində şübhəli bilinən "Arman Dikiy" kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Cumageldiyevin vəkilləri açıqlayıb.

Müdafiə tərəfləri "Arman Dikiy"in hara və hansı səbəbdən köçürüldüyünü bilmirlər.

Vəkil Talqat Esimovun sözlərinə görə, onlar A. Cumageldiyevlə bir gün əvvəl görüşüblər və o, ifadə verməyə hazırlaşıb.

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da kriminal avtoritetin yoxa çıxması barədə heç bir məlumata sahib deyillər.

Xatırladaq ki, "Arman Dikiy" yanvarın 7-si Almatı şəhərində saxlanılıb.


Etiketlər:  Arman Dikiy təcridxanadan yoxa çıxıb


RƏYLƏR