Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 22:03
Salisil turşusu və onun müalicəvi xüsusiyyətləri insanlara hələ XIX əsrdən məlumdur. Əvvəllər salisil turşusu soyüd ağacının qabığından hazırlayırdılar, daha sonra isə onu kimyəvi üsulla hazırlamağa başlayıblar.
Salisil turşusunun əsasında antiseptik, iltihab əleyhinə salisil məlhəmi istehsal edirdilər. Bu ucuz məlhəm indi də müxtəlif dəri problemləri zamanı çox uğurla istifadə oluna bilər.
Saglamolun.az bildirir ki, salisil məlhəmi bir çox dəri problemlərində istifadə olunur:
- Salisil məlhəmi sızanaqları müalicə edir, sızanaqlardan sonra çapıq və ləkələrin (postakne) qalmasına mane olur.
- Burunda qara nöqtələr zamanı da salisil məlhəmi çox yaxşı kömək edir. Dərini buxara verəndən sonra məlhəmi problemli nahiyələrə çəkin.
- Dəmrov, ekzema, müxtəlif dermatitlər zamanı da salisil məlhəmi çox yaxşı nəticə verir.
- Salisil məlhəmi ayaqlarda qabarları ("mazol") yox etməyə yardım edir. Ayaq dərisini isti suda yumşaldın, sonra qabarın üzərinə salisil məlhəmi çəkilmiş bint qoyun, ayağınızı sarıyın. Səhər sarığı açın. Bunu bir neçə gün edin.
- Yüngül yanıqların daha tez sağalması üçün də salisil məlhəmindən istifadə edə bilərsiniz.
- Yara, kəsik və sıyrıntı zamanı salisi məlhəmi çox yaxşı kömək edir.
- Furunkullardan əziyyət çəkirsinizsə bu ucuz vasitəni sınayın.