Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Param-parçayam, səndən sonra yaşamıram''

''Param-parçayam, səndən sonra yaşamıram''

Tarix: 10 Fevral 2022 19:20

Müğənni qızı Səidə Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovla bağlı paylaşım edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı aktyor üçün darıxdığını bildirib. O qeyd edib ki, atasının vəfatından sonra həyatı dəyişib:

"Canımdan can aldın getdin, ata. Param-parça oldum... Mən nə edim axı? Atam, səni sənsiz yaşayıram. Yox, yaşamıram, sadəcə nəfəsim gəlir-gedir".

Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi.


Etiketlər:  Param parçayam səndən sonra yaşamıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ