Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quş ödü ilə öd daşı əleyhinə ÇARƏLƏR

Quş ödü ilə öd daşı əleyhinə ÇARƏLƏR

Tarix: 10 Fevral 2022 22:27

Məlumdur ki, təbiətdə quşlar qumları yedikdən sonra həmin qumları çilədanlarında əridirlər. Quşlar yeməklə bərabər həm də kiçik daşlar və qum yeyirlər, onların həzm sistemi isə bu qumları əridir və qidanın yaxşı həzm olunmasına yardımçı olur. Bəs daşların əridilməsi necə baş verir?

Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov paylaşım edib.

Həkimin bildirdiyinə görə, quşlar qidalandıqdan sonra öd ifrazı çoxalır, quşların öd tərkibləri ilə digər heyvanların öd tərkibləri müxtəlifdir, quşların ödü daşların daha rahat əridilməsinə şərait yaradır və quşların çilədanlarında (pətənək) güclü əzələ qatı və istehsal etdikləri maddələr daşlarla qidanı bir-birinə sürtür, sonra isə daşlar da əriyərək qidaya qarışır və həzm olunur. Bütün bu mükəmməl sistemdən istifadə edərək bizlər də öd və bağırsaq daşlarımızdan rahatca yaxa qurtara bilərik.

F.Hüseynov öd və bağırsaq daşlarından qurtulmaq üçün resepti təqdim edib:

Ördək, qaz və ya hinduşqanın ödünü 100-150 qram şüşə bir qaba yığın (qab qara rəngdə olmalı, və ya şəffaf şüşəyə kağız dolaya bilərsiniz.) soyuducuya qoyun, yemək yedikdən sonra 3-4 çay qaşığı öddən götürüb yarım stəkan suya qarışdırıb için.

"Quşların pətənəklərindəki maddələrdən yararlanmaq üçün isə toyuq və ya hinduşka pətənəklərinin iç sarı pərdəsini kəsib əzələ qatından ayırın, sonra bu pərdələri qurudub toz formasına salın. 100 qram tozu 250 qram zeytun yağına (rafinə olunmamış) qarışdırıb şüşə qaba qoyun, hər yeməkdən əvvəl bir çay qaşığı bu yağdan içmək, istifadədən əvvəl qarışdırmaq lazımdır", - deyə F.Hüseynov bildirib.


Etiketlər:  Quş ödü ilə daşı əleyhinə ÇARƏLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ