Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 08:57
Son zamanlar uşaqların qaçırılması mövzusu mətbuatın gündəmindən düşmür. Uşaqlarımızı necə müdafiə edək? Axı valideyn hər zaman uşağın yanında ola bilmir!
Uşaqlar bağçaya, məktəbə gedir, çöldə, parkda oynayırlar və s. Hətta valideyn uşağın yanında olsa belə azyaşlı yenə də qaçırıla bilər.
Tanınmış Rusiyalı psixoloq Marina Romanenko uşaqların qaçırılmasının qarşısını almaq üçün uşaqlara çox sadə özünü müdafiə qaydalarını öyrətməyi tövsiyə edir. Saglamolun.az sizə bu sadə və eyni zamanda effektli qaydaları ilə tanış edir:
- Yad (tanımadığın, ailəyə aid olmadığın) insanlara inanma.
Bu əsas qaydadır ki, bütün digər qaydalar buna söykənir. Uşaq istənilən yad insana potensial təhlükə kimi baxmalıdır. Təəssüf ki, biz bunu uşağa aşılamağa məcburuq. Böyüyəndə o, özü anlayacaq kimə etibar etmək olar, kimə isə olmaz.
- Yad insanlarla danışma.
Adətən uşaqlar daha çox kişilərdən ehtiyat edir. Lakin uşağa anlatmaq lazımdır ki, tək kişilərlə deyil, tanımadığın cavan və ya yaşlı qadınlarla, yaşlı kişilərlə və s. danışmaq olmaz.
- Yad insanlardan heç nə (konfet, oyuncaq və s.) götürmə.
- Yad insanla (fərqi yoxdur - bu böyük, yaşlı və ya uşaq olarsa) heç yerə getmə.
Fırıldaqçılar müxtəlif hiylələrə əl atır, onlar uşaqların zəif yerlərini çox yaxşı bilir.
Uşağı qaçırtmaq istəyən insan ona "mənimlə gedək, sənə oyuncaq (konfet, şar və s.) verəcəm", "pişik balasını (balaca quş, kirpi və s.) göstərəcəm", "karuselə, yellənçəyə aparacam" və s. kimi müxtəlif vədlər verə bilər. Uşağa bu "ssenari"ləri qabaqcadan izah edin. Onları oyun formasında uşaqla oynayın (siz - "yad insan", o - "uşaq"). Bu daha yaxşıdır.
Digər hiylə - "Məni sənin atan (anan, nənən və s.) göndərib. Səni onun yanına aparmalıyam". Uşağa anladın ki, nə ana, nə ata, nə də digər ailə üzvü onun yanına yad insanı göndərə bilməz. Bu yalnız tanış və ya qohum ola bilər.
Fırıldaqçı uşağa ona kömək etməyə xahiş edə bilər. Məsələn, qadın (yaşlı kişi, cavan qız) evinə çantanı aparmağa kömək etməyə xahiş edə bilər və s. Uşaqlar kömək etməyi xoşlayır və cinayətkarlar tez-tez məhz uşaqların bu xüsusiyyətindən istifadə edirlər.
Uşağa qabaqcadan anladın ki, böyüklər adətən uşaqlara yardım üçün müraciət etmir. Böyüklər bu məqsədlə böyüklərə müraciət edir. Əgər insan sənə "mənə kömək et" deyirsə, bu təhlükə ola bilər. Bu insandan uzaqlaş.
- Yad insan səni aparmağa çalışırsa, ucadan qışqır (məsələn, "Mən bu insanı tanımıram, mənə kömək edin! Məni qaçırırlar!" və ya sadəcə "Komək edin!").
Uşaqlarınızı qoruyun! Onları nəzarətsiz qoymayın!