Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2019 10:45
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Yeni Azərbaycan Partiyasının mənzil qərargahında növbəti qanvermə aksiyası keçirilib.
Trend-in məlumatına görə, aksiyada YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Ümumilikdə, 300 nəfər qan verib.
Qan verənlər arasında Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da var.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin