Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək-damarları qorumaq üçün nə qədər gəzməlisiz?

Ürək-damarları qorumaq üçün nə qədər gəzməlisiz?

Tarix: 20 Fevral 2022 22:12

Damarların aterosklerozu - tıxanması ürəkdə infarkt və insultun birinci səbəbidir. Eləcə də həkimlər damar tıxanmasının diabet əmələ gətirdiyini bildirir.

Sonxeber.net xəbər verir ki, həkim endokrinoloq Tatyana Rutkovskaya ürək-damarları qorumaq üçün həftədə 150 dəqiqə - bunu günlərə bölmək lazımdır - aerobika məşqləri etməyi məsləhət görüb.

Optimal variant - sakit şəkildə gəzmək, Skandinaviya gəzişi və üzməkdir.

Ürəyi qorumaq üçün artıq çəkini azaltmaq lazımdır.

Gündəlik kalorini yeməyi 4-5 yerə bölməklə paylaşdırmaq olar.

Belə ki, gündəlik kalorinin 25% səhər yeməyi, günorta yeməyi 35%, axşam yeməyi 15% olmalıdır. Qalan faizləri yemək aralıqlarına bölüşdürün.

Eləcə də bel dairəsinin, qarın hissənin incəlməsinə çalışmaq lazımdır.
Birdən yox, tədricən bədən çəkisini 1 il ərzində 20% azaltmaq ürək-damarları kifayət qədər sağlamlaşdırır. /medicina.az


Etiketlər:  Ürək damarları qorumaq üçün qədər gəzməlisiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ