Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 13:00
Azərbaycan hərbçiləri Rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xocalı rayonu Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə səsgücləndiricilər vasitəsilə erməni dilində xəbərdarlıq edib:
"Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın! Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin! Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin! Əks halda qanunu pozanlara qarşı sərt tədbirlər görüləcək."