Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni doğulmuş övladınızda bu əlamətlər varsa... - Mütləq topuq testi etdirin

Yeni doğulmuş övladınızda bu əlamətlər varsa... - Mütləq topuq testi etdirin

Tarix: 27 Fevral 2022 20:45

Orqanizmdə daxili sekrasiya vəzi kimi fəaliyyət göstərən qalxanabənzər vəz hormonunun çatışmazlığı hipotiroid adlandırılır.

Yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən endokrinoloji problemlərdəndir.

Medicina.az bildirir ki, pediatr Altay Abdullaoğlunun sözlərinə görə, tiroid hormonu bətndaxili dövrdə və 2 yaşına kimi böyümə və əqli inkişafı təmin edən hormondur:

"Buna görə də erkən qoyulmuş diaqnoz və müalicə əqli geriliyin qarşısını ala bilər. Gec müalicə edilərsə, əqli inkişaf geriliyi qalıcı olur. Bu baxımdan erkən diaqnoz çox önəmlidir. Bunun üçün bir çox ölkələrdə yeni doğulmuş körpələrdən "topuq testi" adlandırılan metodla qan alınaraq erkən diaqnoz qoyula bilir".

Mütəxəssis yeni doğulmuşlarda hipotiroidin hansı əlamətlərlə müşahidə edildiyini açıqlayıb:

- İri çəki ilə doğulma

- Uzanmış sarılıq

- Arxa əmgəyin böyük olması və gec bağlanması

- Böyük dil

- Qəbizlik

- Kobud səsli ağlama

- Dəri quruluğu

- Hipotermi (bədən hərarətinin aşağı olması)

- Əmmədə çətinlik

- Nevroloji inkişaf geriliyi və s.

Bu səbəbdən körpələrdə bu şikayətlər olarsa, qanda qalxanabənzər hormonun səviyyəsi yoxlamaq üçün körpənin topuğundan bir neçə damcı qan götürülür və analiz edilir.

Analiz nəticəsində anadangəlmə hipotireoz (qalxanabənzər vəzinin hormonlarının çatışmazlığı) aşkar olunarsa, uşağa dərhal hormonal müalicə təyin olunur. Uşağın orqanizmi çatışmayan hormonları almağa başlayır və bu da onun normal inkişafını təmin edir.

Milli.Az


Etiketlər:  Yeni doğulmuş övladınızda bu əlamətlər varsa Mütləq topuq testi etdirin


RƏYLƏR