Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Napoli'' ''Milan''a uduzdu, ''Yuventus''dan qələbə

''Napoli'' ''Milan''a uduzdu, ''Yuventus''dan qələbə

Tarix: 7 Mart 2022 09:08

İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bazar günü 6 matç keçirilib.
 
Turun maraqla gözlənilən görüşündə "Napoli" "Milan"nı qəbil edib və 0:1 hesabı ilə uduzub. "Yuventus" is "Spezia"ya 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla "Milan" başçılıq edir. "İnter" 58 xalla 2-ci, "Napoli" 57 xalla 3-cüdür.
 
 
6 mart
 
"Cenoa" - "Empoli" - 0:0
 
"Bolonya" - "Torino" - 0:0
 
"Venetsiya" - "Sassuolo" - 1:4
Qol: Henri, 34 - Raspadori, 2, Berardi, 17-pen, 71-pen, Skamakka, 29-pen
 
"Fiorentina" - "Verona" - 1:1
Qol: Pyontek, 10 - Kaprari, 20
 
"Yuventus" - "Spezia" - 1:0
Qol: Morata, 21
 
"Napoli" - "Milan" - 0:1
Qol: Jiru, 49

Milli.Az


Etiketlər:  Napoli Milana uduzdu Yuventusdan qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ