Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 15:16
Ölkəmizdə ilk dəfə korlanan meyvənin ucuzlaşmasına görə sığorta ödənişi ediləcək.
Sonxeber.net xezerxeber.az-a istinadla bildirir ki, Aqrar Sığorta Fondunun mətbuat katibi Əli Əhmədov bildirib ki, əksər hallarda dolu vurması nəticəsində meyvə bağlarında məhsullar xarab olur. Nəticədə məhsulun keyfiyyəti aşağı düşdüyünə görə fermer məhsulun satışında problemlə üzləşir və ona ciddi zərər dəyir.
Əli Əhmədov bildirib ki, məsələn, Şəkidə 80 sentner məhsul gözlənən və hər sentnerin qiyməti 25 manat nəzərdə tutulan 1 hektar xurma bağının keyfiyyət itkisindən sığortası üçün sığorta haqqı 25,2 manat təşkil edir. Bu məbləğin yarısını fermer, yarısını isə dövlət ödəyir.
Əli Əhmədov əlavə edib ki, sığorta hadisəsi baş verdikdə, yəni doluvurma və ya məhsulun keyfiyyətinin itirilməsi nəticəsində qiymət kəskin ucuzlaşaraq 1 sentner üçün əvvəlcədən nəzərdə tutulan 25 manatdan 5 manata enir. Nəticədə fermer hər sentnerdə 20 manat olmaqla, ümumilikdə 1600 manat zərərlə üzləşir. Bu halda bağ sözügedən riskdən sığortalandığına görə həmin zərərin 90 faizi, yəni 1440 manat həcmində sığorta ödənişi fermerə ödənilir.