Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqanın ən yaxşısı Messini dayandırmaq haqda

Premyer Liqanın ən yaxşısı Messini dayandırmaq haqda

Tarix: 30 Aprel 2019 13:20

"Liverpul"un futbolçusu Vircil van Deyk Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə oyun öncəsi rəqib komandanın qol silahı Lionel Messi haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçunu dünyanın ən yaxşı oyunçusu hesab edib: "Yarımfinalda "Barselona" və dünyanın ən yaxşı futbolçusu ilə qarşılaşacağıq. Təkcə Messi yox, komandanın bütün üzvlərinin yüksək səviyyəsi var".

Peşəkar Futbolçular Assosiasiyasının versiyasına əsasən, İngiltərə Premyer Liqasında bu mövsümün ən yaxşı futbolçusu seçilən 27 yaşlı müdafiəçi Messini necə dayandırmaqla bağlı isə bunları deyib: "Messi çox fərqli bir oyunçudur. Amma komanda olaraq necə oynadığımızı və müdafiə olunduğumuzu görürsünüz. Komanda şəklində müdafiə olunuruq və eyni qaydada hücum edirik. Messini dayandıran zaman tək olmayacam".

Qeyd edək ki, "Barselona" - "Liverpul" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 


Etiketlər:  Premyer Liqanın yaxşısı Messini dayandırmaq haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ