Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin sabiq qapıçısı Ukraynadan qayıdır

Millimizin sabiq qapıçısı Ukraynadan qayıdır

Tarix: 11 Mart 2022 16:44

Azərbaycan millisinin keçmiş qapıçısı Andrey Popoviç yenidən ölkəmizdə çıxış edə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiper Premyer Liqa klubundan təklif alıb.

Konkret olaraq "Səbail" hazırda Ukraynanın II liqa təmsilçisi LNZ-də çıxış edən Popoviçin xidmətində maraqlıdır. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik də milliləşdirilmiş qapıçının Azərbaycana dönməsinə səbəb ola bilər. "Səbail" Andreyin razılığını ala bilsə, o, növbəti mövsüm komandanın bir nömrəsi olacaq.

Milli.Az


Etiketlər:  Millimizin sabiq qapıçısı Ukraynadan qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ