Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 11:20
Ukrayna Regional səhiyyə idarəsinin rəhbəri Maksim Beznosenko Nikolayevdə onkoloji xəstəxananın atəşə tutulmasının nəticələrini paylaşıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, Beznosenkonun Facebook-da verdiyi məlumata görə, işğalçıların hücumu nəticəsində tibb müəssisəsinin ərazisində dayanmış təcili yardım maşınları zədələnib.
Güllələr birbaşa palatalara və həkimlərin kabinetlərinə dəyib.
Nəşr qeyd edir ki, Rus qoşunları martın 12-ə keçən gecə xəstəxananı atəşə tutublar. Qurbanların sayı məlum deyil.
Aslan Məmmədov