Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 09:54
Dünən axşam saatlarında Bakıda dünya çempionu Zaur Yusifovu güllələyərək öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, hadisədən dərhal sonra polis əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə ittiham edilən 22 yaşlı Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.
S.Şirəliyev kriminal aləmdə "Emin 444" kimi tanınan Emin Səfərovun xalası oğludur.
DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiq ediblər.
Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.
2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.