Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 19:16
Müharibənin aktiv fazası 2-3 həftə ərzində başa çatmalıdır.
Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç özünün "Telegram" kanalında bildirib.
O, ukraynalıların öz evlərinə tezliklə qayıda biləcəyinə ümidini ifadə edib.
"Kiyev, Xarkov, Çerniqov və Sumı ətrafında hərbi əməliyyatların aktiv fazası demək olar ki, bitib. Əgər onlar haradansa əlavə qüvvə toplayıb, hücuma keçsələr də, istənilən halda bu onların məğlubiyyəti ilə nəticələnəcək. Nəticə birdir, onlar strateji baxımdan uduzublar, operativ baxımdan da uduzacaqlar. Düşünürəm ki, aprelin ortaları, sonları üçün Kiyevdən çıxan sakinlər geri qayıda biləcək", - Arestoviç qeyd edib.