Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Netflix” Rusiyadakı “App Store” və “Google Play”dən tətbiqini sildi

“Netflix” Rusiyadakı “App Store” və “Google Play”dən tətbiqini sildi

Tarix: 23 Mart 2022 16:00

"Netflix" Rusiyadakı "App Store" və "Google Play"dən öz tətbiqini silib. Artıq hər iki platformada axtarış sistemində xidmətin adı daxil edildiyi zaman proqram görünmür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Netflix" Ukraynadakı vəziyyətlə əlaqədar martın 6-da Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb. Bundan əvvəl məlum olub ki, şirkət Rusiyaya məxsus orijinal layihələr üzərində işini dayandırıb.

Onların arasında Svetlana Xodçenkova və Fyodor Bondarçukun rol aldığı "Anna K" dram serialı, Aleksandr Petrovun iştirak etdiyi "Petlya", Yuri Borisovla "Niçeqo osobennoqo" filmi və Darya Jukun "Zato" kriminal trilleri var.

Bundan əlavə, şirkət martın 1-dən etibarən 20 Rusiya federal telekanalının yayımından imtina edib.

Milli.Az


Etiketlər:  Netflix Rusiyadakı App Store Google Playdən tətbiqini sildi


RƏYLƏR