Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bağırsaqların sağlamlığı üçün 12 QIZIL QAYDA

Bağırsaqların sağlamlığı üçün 12 QIZIL QAYDA

Tarix: 28 Mart 2022 21:06

Orqanizmin ən böyük orqanlarından olan bağıraqların sağlam və uzunömürlü olması üçün nələr etməliyik?

Bağırsaqlar həm də immunitetin formalaşdığı və idarə olunduğu yerdir.

Milli.Az bağırsaqların düzgün işləmədiyini göstərən əlamətləri təqdim edir:

- Qarında sancı, ağrı
- Ürəkbulanma, gəyirmə, göyərmə
- Meteorizm, qazlar, köp
- Motorikanın sürətlənməsi və ya ləngiməsi, qarında səslər
- Qarında sanki iri bir topun hərəkət etməsi hissi
- İshal və ya qəbizlik, nəcisdən pis qoxu
- Mikrofloranın pozulması, pis bakteriyaların artması
- İmmunitetin zəifləməsi

Bağırsaq sağlamlığı üçün 12 əsas qayda var.

1. Adi suyu çox içmək, sutkada 2 litrdən az olmayaraq

2. Yaxşı bişməmiş və ya çox qızarmış qidalar, tava dibini yemək olmaz. Şəxsi gigiyenaya ciddi əməl edirsiz, çirkli əllər, yaxış yuyulmamış meyvə, tərəvəz, göyərti olmaz.

3. Əsəb, sinir, stress, qorxu, təşvişdən uzaq durmaq. Çünki nevroz, stress həzmi pozur.

4. Çox hərəkət etmək, gəzmək, idman

5. Tərkibində lif olan qidalar yemək - bu bağırsaq divarını bərpa edir, artıq qalıqların xaricini asanlaşdırır, faydaıl bakteriyaları çoxaldır.

6. Turş süd məhsulları, qatıq, ayran, kefir, pendir yemək

7. Fermentləşdirilmiş tərəvəzləri yemək - şoraba kələm, pomidor, kvas, çuğundur

8. Şəkər, qənd, şirniyyat, qazlı və sadə yüngül karbohidratları çox az yemək

9. Mikrob, parazit və göbələkləri məhv edən müalicələr etmək, soğan, sarımsaq yemək

10. İldə 2-3 dəfə təmizləyici imalələr etmək, çobanyastığı çayı içmək

11. Zəncəfili və bəzi ədviyyatları qidalarda, çaylarda istifadə edin

12. Masaj olunun. Eləcə də visserial yəni qarının masajı bağırsaqlarda qan dövranını artırır

Bağırsaqlarda problem insanın nəcisindən bilinir. Əgər gündə 1-2 dəfə tualetə getmirsizsə, və ya daim ishal varsa, nəcis duru, formalaşmamış, açıq rəngdədirsə, seliklidirsə, çox yumşaqdırsa, sizin mədəaltı vəzinizdən tutmuş ödünüzə kimi problem olduğunu göstərir.

Mütləq USM olunun, nəcis analizi verin. Yalnız nəcis analizində bağırsaqların vəziyyəti, işi düzgün qiymətləndirilir. /medicina.az

Milli.Az


Etiketlər:  Bağırsaqların sağlamlığı üçün 12 QIZIL QAYDA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ