Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi əsgərin iddialarına cavab verdi

Müdafiə Nazirliyi əsgərin iddialarına cavab verdi

Tarix: 30 Mart 2022 14:42

Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu Fərid İsmayılovun sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib.

Nazirlikdən Milli.Az-a deyilib:

"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.

Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik".

Xatırladaq ki, Azərbaycan Orsdusunun müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu F.İsmayılov sosial şəbəkədə yazdığı statsunda xidmət şəraitindən narazılıq edib, su, qida və digər təminatda çatışmazlığın olduğunu iddia edib.

Milli.Az


Etiketlər:  Müdafiə Nazirliyi əsgərin iddialarına cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ