Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 15:44
Meksikada silahlı şəxslər ölkənin qərbində xoruz döyüşdürülən yerə hücum edərək 20 nəfəri öldürüb, daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, atışma güclü Xalisko "Yeni nəsil" kartelinin narkotik ticarəti marşrutlarına nəzarət etmək üçün daha kiçik yerli dəstələrlə mübarizə apardığı Miçoakan ştatının Las-Tinajas şəhərində baş verib.
Prokurorluğun açıqlamasında yaralılardan üçünün qadın olduğu bildirilir. Onların hamısı güllə yarası alıb.