Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bütün çaylardan 4 dəfə güclü və faydalı çay hansıdır? - Fitoterapevt açıqladı

Bütün çaylardan 4 dəfə güclü və faydalı çay hansıdır? - Fitoterapevt açıqladı

Tarix: 31 Mart 2022 00:00

Dünyada ən çox içilən içkilərdən biri yaşıl çaydır. Yaşıl çayların içərisində isə ən çox keyfiyyətlisi Yapon yaşıl çayıdır. Yaponlar çayı əkməzdən əvvəl torpağı çaya görə təbii gübrələrlə zənginləşdirirlər. Gübrə məqsədilə satılmayan balıqlardan təbii gübrələr hazırlayıb torpağa verirlər. Əkimdən 8 ildən sonra isə yığım başlayır.

Yığılmış yarpaqlar dünya praktikasından fərqli olaraq yaş halda dondurularaq saxlanılır. Çünki bu zaman çayın tərkibindəki yaşıllıq verən maddə olan xlorofillər qorunub saxlanılır.

Sonxeber.net xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

Fitoterapevtin sözlərinə görə, yapon çayının xərçəng, skleroz, Alzheymer, sistem xəstəlikləri əleyhinə antioksidant özəlliyi başqa yaşıl çaylardan 100 qat daha güclüdür. Çayın tərkibində katexinlər, epiqallokatoxinlər adında antioksidantlar xərçəng əleyhinə çox güclü təsirə malikdir. Yaponların cavan qalmasının səbəbi də yaşıl çaylardan bol-bol içmələridir. Çayların tərkibindəki aktiv maddələrin yaşlanmaya təsiri bir çox dünya ölkələrindəki labaratoriyalarda öz əksini tapmışdır. Çay piyləri yandırmaq xüsusiyyətinə malikdir. Yapon yaşıl çayı başqa yaşıl çaylardan arıqlatmaq təsirinə görə 4 qat daha güclüdür.

Yapon yaşıl çayınin detoks effekti də vardır, o, orqanizmi ziyanlı maddələrdən, ağır metal duzlarından təmizləmək üçün təsirli bir vasitədir. Yapon yaşıl çayının tərkibində L- tanin adlı maddə başqa yaşıl çaylardan 5 qat daha çoxdur. Bu maddə dopamin və serotonini stimullaşdırır, yaddaşı və əhval ruhiyyəni gücləndirir.

"Yapon yaşıl çayı başqa yaşıl çaylardan fərqli olaraq beş altı dəfə dəmlənilə bilir. Dəmlənmə üçün cəmi 1 dəqiqəyə bəs edir. 1 dəqiqədən sonra çayı stəkandan çıxarıb ikinci dəm üçün saxlamaq lazımdır. Çayın tünd yaşıl rəngdə gözəl bir görünüşü özünəməxsus spesifik ətri var", - deyə fitoterapevt bildirib.


Etiketlər:  Bütün çaylardan dəfə güclü faydalı çay hansıdır Fitoterapevt açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ