Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azarkeş futbolçunu təhqir etdiyinə görə həbs edildi

Azarkeş futbolçunu təhqir etdiyinə görə həbs edildi

Tarix: 31 Mart 2022 12:38

Məhkəmə "Mançester Yunayted" və İngiltərə millisinin futbolçusu Markus Reşfordu təhqir etdiyinə görə 19 yaşlı tərəfdar Castin Li Praysa 6 həftə həbs cəzası verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Prays "Twitter"də istifadəçi adını dəyişdirərək kimliyini gizlətməyə çalışıb.

Həbs edildikdən sonra o, ittihamları rədd etsə də, sonradan günahını etiraf edib.

Polisdən bildirilib ki, azarkeş Avropa çempionatının final matçının nəticələrinə görə irqçi təhqirlərdə günahkar bilinib.

Qeyd edək ki, İngiltərə 2020-ci il Avropa çempionatının finalında İtaliyaya penaltilər seriyasında 2:3 hesabı ilə uduzub. Üç yanlış zərbəni məhz ingilislərin qaradərili futbolçuları Raşford, Bukayo Saka və Ceydon Sanço edib.


Etiketlər:  Azarkeş futbolçunu təhqir etdiyinə görə həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ