Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

Tarix: 31 Mart 2022 17:26

02 aprel saat 09-00-dan, 03 aprel saat 20-00-dək Bakı şəhəri, Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaqdır.

Bu barədə Milli.Az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Milli.Az


Etiketlər:  Bakının küçələrində hərəkət məhdudlaşdırılacaq


RƏYLƏR