Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatıb

Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatıb

Tarix: 1 Aprel 2022 08:33

Bu gün siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

İndiyədək isə qeydiyyatda olan 58 partiyadan 34-i illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Həmin partiyalar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Müsavat Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Milli Cəbhə Partiyası (MCP)

"Milli Vəhdət" Partiyası

Böyük Azərbaycan Partiyası

"Qorqud" Partiyası

Böyük Quruluş Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Müasir Müsavat Partiyası

Azərbaycan Xalq Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Müstəqil Xalq Partiyası (MXP)

"Ana Vətən" Partiyası (AVP)

Demokratik İslahatlar Partiyası

Azərbaycan Tərəqqi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

"Ədalət" Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Azərbaycan Liberal Partiyası

Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

Azərbaycan Respublikaçılar Partiyası

Milli Həmrəylik Partiyası (MHP)

Aydınlar Partiyası

Cümhuriyyət Xalq Partiyası (CXP)

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Təkamül Partiyası

"Birlik" Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası.

Milli Konqres Partiyası

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)

Yeni Zaman Partiyası (YZP)

Milli.Az


Etiketlər:  Partiyaların MSK ya hesabat vermə müddəti başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ