Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əjdaha Evi”nin buraxılış tarixi açıqlandı - FOTO

“Əjdaha Evi”nin buraxılış tarixi açıqlandı - FOTO

Tarix: 1 Aprel 2022 17:26

HBO "Əjdaha Evi" serialından bəzi yeni kadrları təqdim edib və "Taxt Oyunları" prikvelinin buraxılış tarixini açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tamaşanın premyerası avqustun 21-də olacaq. Müəlliflər yeni kadrlarda şahzadə Reynir, Alisent Haytauer, Vizeris I Tarqarien və başqalarını göstəriblər.

Serialın hadisələri "Game of Thrones" hadisələrindən 200 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vestorasda hakimiyyət dövrünü göstərəcək.

"Tanrılar, krallar, alov və qan. Bizi padşah edən xəyallar deyil, əjdahalar idi", - deyə layihənin 2021-ci ilin sonunda yayımlanan tizerində deyilir.

Serialın çəkilişləri 2022-ci il fevralın ortalarında Böyük Britaniyada tamamlanıb. Layihənin şourannerləri Rayan Kondal və Migel Sapoçnikdir.


Etiketlər:  Əjdaha Evinin buraxılış tarixi açıqlandı FOTO


RƏYLƏR