Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 18:42
İşğaldan azad edilmiş ərazilərimiz güclü aqrar potensiala malikdir və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq" . Bu sözləri Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib . Komitə sədri işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün çox yaxşı imkanların olduğunu bildirib.
İşğaldan azad edilmiş ərazilərimiz güclü aqrar potensiala malikdir və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki,işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün çox yaxşı imkanlar var.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, komitə sədri bildirib ki, bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu ərazilərdə İstehsal olunan məhsullar istər məhsuldarlığına, istərsə də keyfiyyətinə görə daim fərqlənib.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə balıqçılığın inkişafı üçün lazım olan şərait var. Digər tərəfdən, həmin ərazilərdə tərəvəz və bostan məhsullarının yetişdirilməsi, yem əkinlərinin genişləndirilməsi tələbata uyğundur - deyə Tahir Rzayev qeyd edib.