Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin 5 az bilinən SİMPTOMU

Xərçəngin 5 az bilinən SİMPTOMU

Tarix: 10 Aprel 2022 20:18

Təəssüf ki, xərçəng bir çox hallarda gizli inkişaf edir, simptomları qeyri-spesifik olur və bu səbəbdən xəstəlik gecikmiş mərhələlərdə aşkar olunur. Bu isə xəstəliyin proqnozunu xeyli pisləşdirir.

Xərçəng nə qədər tez aşkar olunarsa, müalicəsi də bir o qədər effektli olur. Bu səbəbdən mütəxəssislər xüsusilə yaşı 40-dan çox olan insanlara, irsiyyətdə xərçəng xəstəlikləri olanlara öz sağlamlığına qarşı daha diqqətli olmağı və şübhəli, "izah olunmayan" simptomları gördükdə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.

Saglamolun.az Express nəşrinə istinadla bildirir ki, Almaniya onkoloqları xərçəng xəstəliyinin bəzi az bilinən simptomları haqqında məlumat veriblər. Bu simptomlar arasında:

- udmanın çətinləşməsi, boğazda yad cisim hissi. Bu qida borusu xərçənginin simptomu ola bilər.

- göz qapaqlarının aşağı enməsi. Bu simptom ağciyər xərçəngi zamanı inkişaf edə bilər.

- səsin xırıltılı olması. Bu qırtlaq xərçənginin simptomu ola bilər.

- qarının tez-tez səbəbsiz köpməsi - qadınlarda yumurtalıq xərçənginə və həmçinin qaraciyər və bağırsaq xərçənginə işarə edə bilər.

- sidiyin rənginin tündləşməsi. Bu simptom məsəaltı vəzi və qaraciyər xərçənginə işarə edə bilər.


Etiketlər:  Xərçəngin bilinən SİMPTOMU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ