Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 22:36
Rusiya səhiyyə naziri Mixail Muraşko Rusiyada növbəti yoluxma dalğasının vaxtını açıqlayıb.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, o, infeksiyanın yüklsəlməsini iyunun sonu gözlədiklərini deyib.
"Biz digər ölkələrdə, Avropada və Çində yoluxmanın artmasını müşahidə edirik. O ölkələrin tibb işçiləri ilə mütəmadi imformasiya mübadiləsi var. Onlar deyir ki, xəstəlik sayında artım var.
Ona görə biz də hazırlaşmalıyıq. Düşünürəm ki, mayın sonundan artım olacaq. Çox şeylər bizim özümüzdən asılıdır. Yeni dalğanın gücü bizim ölkə olaraq revaksinasiya faizimizdən, sanitar normalara nə dərəcədə riayət etməyimizdən asılıdır".
Hazırda Rusiyada yoluxmanın enişi prosesidir, ölüm kəskin azalıb, lakin eyni vaxtda 200 min xəstə tibb müəssisələrindədir.
Qeyd edək ki, ÜST koronavirusun yeni XE ştammının yayıldığını bildirib.