Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş ağrısı zamanı çaya bunu qatıb için

Baş ağrısı zamanı çaya bunu qatıb için

Tarix: 23 Aprel 2022 23:30

Baş ağrıyanda çox zaman kofein tərkibli olduğu üçün çay yaxşı təsir edir.

Lakin çaya rozmarin qatanda bu içki baş ağrısını anında kəsir.

Sonxeber.net bakupost.az-a istinadla xəbər verir ki, alimlər rozmarinin təbii ağrıkəsici olduğunu qeyd ediblər.

Eləcə də rozmarinli çay həzm sistemini yaxşılaşdırır, ödemi, şişkinliyi götürür, bir sıra xroniki xəstəliklər riskini azaldır. Məsələn, ürək-damar, xərçəng və s.

Gərginlik tipli baş ağrısı, stress zamanı, eləcə də yaddaş və beyin güclənməsi üçün bu çayı düzəldib için.

Düzgün hazırlamaq üçün bir çay qaşığı quru rozmarini bir fincan qaynar suda 1 saat dəmləyin.

Sonra bu dəmləmədən hər çay içəndə 1 xörək qaşığı miqdarında çaya qatıb, zövqə görə qənd və ya limon əlavə edib içə bilərsiz.

Özünüzü yaxşı hiss etmədiyiniz günlərdə mütləq rozmarinli çay için.


Etiketlər:  Baş ağrısı zamanı çaya bunu qatıb için


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ