Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gün ərzində 3 fincan kofe içmək qaraciyəri xərçəng xəstəliyindən qoruyur

Gün ərzində 3 fincan kofe içmək qaraciyəri xərçəng xəstəliyindən qoruyur

Tarix: 24 Aprel 2022 07:42

Mütəxəssislər gün ərzində 3 kiçik fincan kofe içməyin qaraciyər xərçənginin baş vermə riskini azaltdığını söyləyirlər. Bu qara ciyər xərçəngindən əzyyət çəkən xəstələrin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Bu nəticəyə 50 qaraciyər xərçəngi xəstəsi üzərində araşdırma aparan İtalyan alimləri gəliblər.

Bu fakt kofeinin diabet xəstələrinin qara ciyərinə etdiyi təsirin nəticələrinə əsaslanaraq təsdiq edilib. Belə ki, qaraciyər xəstəliklərinin ağırlaşmaları ən çox şəkərli diabet xəstələrində meydana çıxır. Kofenin qara ciyər hüceyrələrinin yeniləmək qabılıyyəti var. Bu da qara ciyərdə sirroz xəstəliyinin əmələ gəlməsinin qarşısını alır.
Mütəxəssislər kofe dedikdə isə əsil kofe dənələrindən hazırlanmış, bişirilmiş və şəkərsiz içilən kofeni nəzərdə tutur.

Milli.Az


Etiketlər:  Gün ərzində 3 fincan kofe içmək qaraciyəri xərçəng xəstəliyindən qoruyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ