Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 12:02
Rusiyanın Vinnitsa vilayətində Jmerinka və Kazatin şəhərlərini atəşə tutması nəticəsində ölənlər və yaralananlar var.
Sonxeber.net bildirir ki, bu haqda Vinnitsa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Borzov Telegram-da yazıb.
"Bu gün Vinnitsa vilayəti yenidən atəşə tutulub. Jmerinka şəhəri və Kazatin şəhəri. Düşmən mühüm infrastruktur obyektlərinə zərbələr endirməyə çalışır. Təəssüf ki, ölənlər və yaralananlar var", - o qeyd edib.
Borzov əlavə edib ki, hazırda xilasetmə işləri aparılır.
Administrasiya rəhbəri təfərrüatları daha sonra təqdim edəcəyini deyib.
Aslan Məmmədov