Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsraildə 9 may paradı ləğv edilib

İsraildə 9 may paradı ləğv edilib

Tarix: 27 Aprel 2022 22:40

Bu il İsraildə 9 May paradı keçirlməyəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Aliyə və inteqrasiya naziri Pnina Tameno-Şete deyib.

Nazir hazırkı vəziyyətdən xəbərdar olduqlarını bildirib.

"Bu il mayın 9-da kütləvi tədbirlərdən və yürüşlərdən çəkinmək barədə qərar qəbul olunub", - deyə nazir bildirib.

Eyni zamanda, Herzl dağında faşist Almaniyası üzərində qələbədə əməyi olan yəhudi veteranların şərəfinə təntənəli mərasim keçiriləcək.

Nazir bildirib ki, bu qərar veteran təşkilatları ilə birgə qəbul edilib.


Etiketlər:  İsraildə paradı ləğv edilib


RƏYLƏR