Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində koronavirusa yoluxma artıb, məktəblər distant təhsilə keçib

Çində koronavirusa yoluxma artıb, məktəblər distant təhsilə keçib

Tarix: 28 Aprel 2022 08:54

Çin paytaxtının hökuməti şəhərin iki rayonundakı təhsil müəssisələrində COVID-19-un yayılması ilə əlaqədar əyani dərsləri ləğv edib.

"Report" bu barədə "Beijing Daily"ə istinadən xəbər verir.

Söhbət Tonçjou şəhərinin ətrafı və paytaxtın iki mərkəzi rayonundan biri - Xiçenqdən gedir. Tonçjouda orta və ibtidai məktəblərin, eləcə də peşə-texniki məktəblərinin şagirdləri distant təhsilə keçirilib. Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb.

Əyani dərslərin ləğvi şəhər məktəblərindən birində koronavirusa yoluxma sayının artması ilə bağlıdır.

Aprelin 22-dən indiyədək Çinin paytaxtında COVID-19-a 138 yoluxma halı aşkarlanıb. Şəhərin 12 rayonunda səlahiyyətlilər bütün sakinləri koronavirus üçün test etməyə başlayıblar.


Etiketlər:  Çində koronavirusa yoluxma artıb məktəblər distant təhsilə keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ