Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2022 12:48
Sümüklərin davamlılığı və sıxlığına qidalarla yanaşı, içkilər də təsir edir.
Sonxeber.net Bakupost.az-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, həkim Endryu Axapkonq qazlı içkinin sümüklərə dağıdıcı təsirindən danışıb.
"Əgər qanda fosforun səviyyəsi həddən artıq yüksəkdirsə, bu o deməkdir ki, orqanizm kalsiumu sümük və dişlərdən alıb qana atır. Bu da sümüklərin daxildən boşalması deməkdir.
Kalsiumu sümüklərdən yuyub aparan səbəblərdən biri də qazlı içki və duzlu qidalardır.
Çox miqdarda duz-natriy kalsiumun orqanizmdən sovrulmasını artırır, turşu mühit yaradır.
Çox qazlı su içənlərin sümüyü tez kövrəkləşir, ümumi sümük kütləsi azalır, bu da orta yaşlarda acı nəticələrə gətirib çıxarır.
Qazlı suyu adi su və ya mineralla əvəz edin".