Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi hüquqpozmalarına görə hansı maliyyə sanksiyaları tətbiq olunur?

Vergi hüquqpozmalarına görə hansı maliyyə sanksiyaları tətbiq olunur?

Tarix: 1 May 2022 19:12

Cari il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, vergiödəyicisinə (Vergi Məcəlləsinin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılan və ya yayındırılan vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergiödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergiödəyicilərinə azaldılan və ya yayındırılan vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Eyni zamanda, vergiödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergiödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


Etiketlər:  Vergi hüquqpozmalarına görə hansı maliyyə sanksiyaları tətbiq olunur


RƏYLƏR