Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2022 21:56
21:52
Rusiya silahlı qüvvələri Odessaya raket zərbəsi endirib. Yanğın nəticəsində ölən və yaralananlar var.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko "Telegram" kanalında bildirib.
"Odessadakı infrastruktur obyektlərindən birinə raket hücumu olub. Partlayış nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib", - deyə Marçenko qeyd edib.
--------
21:05
Axşam saatlarında Ukraynanın Odessa və Nikolayev şəhərlərində güclü partlayış səsləri eşidilib
Sonxeber.net APA-ya istinadən bildirir ki, Odessada bir, Nikolayevdə isə bir neçə güclü partlayış baş verib. Hər 2 şəhərdə həyəcan elan edilib.
Partlayışa Rusiya raketinin səbəb olması ehtimal edilir. Hadisə ilə bağlı rəsmi məlumat yoxdur.